KepezTV Player
Bakıda bacı bacısını bıçaqlayıb. Hadisə Nizami rayonu Qara Qarayev prospekti, ev 92 ünvanında qeydə alınıb. 26 yaşlı Nişanə Musayeva şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış münaqişə zamanı bacısı tərəfindən bıçaqlanıb. Nüşabə Musayeva 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirirlər. İlkin məlumata görə, bacısını bıçaqlayan qız ruhi-əsəb xəstəliyindən əziyyət çəkir. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 547