• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 940
— 08.06.2017 15:53

Məleykə Abbaszadə vətəndaş qəbulu keçirib

KepezTV Player

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə vətəndaş qəbulu keçirib. Görüşdə Daşkəsənlə yanaşı Gəncə, Samux, Göygöl, Gədəbəy rayon sakinləri və bu rayonlarda məskunlaşan qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər. Görüşdə əsasən tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, bakalavr, magistratura və rezidentura səviyyələrinə qəbulla bağlı müraciətlər olunub. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb. Dövlət İmtahan Mərkəzinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Afina Məmmədova- Samux sakini: “Uşağım 9-cu sinifdə oxuyurdu, onu 1-ci imtahandan keçirmədilər. Səbəb odur ki, məktəb direktoruna kimliyi vermişik. yazıb göndərməyib Bakıya. Ona görə də uşağım 1-ci imtahandan keçə bilməyib. 2-ci imtahan üçün Məleykə xanıma müraciət etdik, sağ olsun köməklik edəcəyinə söz verdi”.  

Rəna Verdiyeva- Gəncə sakini: “Bacımın oğlu ilə əlaqədar gəlmişəm, imtahan məsələsinə görə. Buraxılış vəsiqəsinə pul köçürmək lazım olub, uşaq bilməyib, onunla əlaqədar olaraq geçikmişdir. Gəldik onunla bağlı Məleykə xanımla danışdıq, razılaşdıq”.

Məleykə Abbaszadə- DİM-nin sədri: “Baxmayaraq ki, təbliğat işləri aparırıq və hər zaman abituriyentlərə müraciət edirik ki, öz ərizələrini, elektron ərizələrini özləri yazsınlar, doldursunlar. Çox vaxt onlar kimlərəsə müraciət edirlər, hansısa internet kulublara, indi bu gün qəbulda müəyyən etdim ki, bir qrup uşaqlar öz informatika müəllimlərinə müraciət edirlər. Çox təəssüflər olsun ki, belə müəllimlər uşaqları özlərindən asılacaqlı vəziyyətə gətirirlər. Bu çox mənfi hallardı”.   

 

Natiq Hüseyn