• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1591
— 05.06.2017 10:57

Peugeot 308 GTI görünüşcə dəyişdi

Peugeot şirkəti rəsmi olaraq gücləndirilmiş 308 GTI heçbekini yeniləyib. Restaylinqdən sonra modeldə yeni ön bamper, fərqli radiator barmaqlığı, həmçinin dəyişdirilmiş arxa fənərlər peyda olub. Əvvəlki kimi yenilik də 19 düymlük təkər diskləri işlədir. Güc sisteminə əl vurulmayıb. 1,6 litrlik 270 at güclü turbomotor yerindədir. Motor 6 pilləli mexaniki sürət qutusu ilə maşını hərəkətə gətirir. İlk yüzü yığmaq Peugeot 308 GTI-a 6 saniyəyə başa gəlir.

Cavanşir Məmmədzadə