KepezTV Player
Masallıda məktəblilər arasında yaranan mübahisə ölümlə nəticələnib. İnsident rayonun Boradigah qəsəbəsində 1 saylı məktəbdə qeydə alınıb. Həmyaşıd olan şagirdlər arasında davada gicgah nahiyəsindən xəsarət alan 17 yaşlı Kənan Əliyev hadisə yerində dünyasını dəyişib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Kənan Əliyevin meyidi müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı Masallı rayon prokurorluğunda cinayət işi başlanıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 483