Göygöldə 3 yaşlı uşaq bədbəxt hadisənin qurbanı olub. Valideynləri ilə Rusiyanın Rostov şəhərindən Üçtəpə kəndinə, nənəsigilə qonaq gələn Ayxan İsgəndərov həyətdə oynayan zaman top su hovuzuna düşüb. Topu götürmək istəyən balaca suya yıxılıb. Həyətdə heç kəs olmayıb. Evdəkilər Ayxanın səsi gəlmədiyini görəndə onu axtarmağa başlayıblar və hovuzda boğulduğunu görüblər. Uşaq dərhal xəstəxanaya aparılsa da, öldüyü məlum olub. Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır.
- Baxış: 804