Məqsəd gənclərin cəmiyyət üçün yararlı ideyalar və layihələrə cəlb edilməsidir. 20 istiqamət üzrə keçirilən qrant müsabiqəsi əsasən sosial həyat tərzi, ekologiya, mədəniyyət, yaradıcılıq və digər bu kimi sahələri əhatə edir. Təqdimatda Gəncənin Avropanın Gənclər Paytaxtı seçilməsi ilə bağlı həyata keçirilən layihələrə Gənclər Fondu tərəfindən 550 min manat vəsaitin ayrıldığına da diqqət çəkilib.
Faiq Qürbətov- Gənclər Fondunun aparat rəhbəri: “Bütün bölgələrdə, ali təhsil müəssisələrində təqdimat keçiririk və çalışırıq ki, fond haqqında dolğun məlumat verək iştirakçılara. Gənclərimiz və Gənclər təşkilatlarımız çalışırıq ki, kifayət qədər layihələr versinlər, biz də qiymətləndirək. Amma biz layihələri qiymətləndirən zaman müşahidə şuramız tərəfindən regionların aktiv və ya passiv olmasını da nəzərə alırıq. Hansı regionlardan daha az layihələr gəlirsə oralarda təqdimat prosesini daha çox aparırıq”.
Xaliq Qurbanlı
- Baxış: 839