KepezTV Player
Rayonun Ərkivan qəsəbəsində Gülgəz İsmayılovanın başında xəsarətlər olan cəsədi aşkarlanıb. Səhər saatlarında evə gələn oğlu Mübariz İsrafilov qapının bağlı olduğunu görərək, pəncərədən içəri keçib. Anası yerdə uzanmış vəziyyətdə olub. Yaxınlaşdıqda onun dünyasını dəyişdiyini görüb. Uzun müddətdir, şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi bildirilən qadının yıxılaraq öldüyü güman edilir. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Meyit müayinə olunmaq üçün morqa aparılıb. Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 439