KepezTV Player
Azərbaycan Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 3 ay davam edəcək layihə uşaqlara səyyari reabilitasiya xidmətlərinin təşkili və gücləndirilməsi məqsədi daşıyır. Uşaqlarla həftənin 5 günü Gəncə Reablitasiya Mərkəzində, 2 gün 1500 nəfərlik məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbədə xüsusi proqramla fərdi qaydada məşğul olunacaq. Bu müddətdə uşaqlarda bilik və bacarıqların, vərdişlərin yaradılması istiqamətində psixoloq, laqoped, uşaq inkişafı üzrə terapevt tərəfindən xidmətlər həyata keçiriləcək.
Elnur Vahidoğlu
- Baxış: 629