KepezTV Player
Şəmkir rayon sakini 17 yaşlı Gülşən Poladova və Şəmkir rayon Bayramlı kənd sakini 23 yaşlı Şahnaz Babayeva fosfor tərkibli kimyəvi məhluldan zəhərləniblər. Hadisə, şəxslər özlərinə məxsus istixanada xəstəlik və zərərvericilərə qarşı mübarizə apararkən baş verib. Onlar dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hər iki xəstəyə ilkin tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
- Baxış: 848