Bakı-Qazax magistralının Goranboy rayonundan keçən hissəsində, Borsunlu kəndi ərazisində Gəncə-Yevlax marşrutu üzrə sərnişin daşıyan mikroabtobus qəzaya uğrayıb. Hadisə səhər saatlarında baş verib. Eyni istiqamətdə hərəkət edən Göygöl rayon sakini Namiq İmanova məxsus "Mercedes E- klas" markalı avtomobillə, Gəncə şəhər sakini Vüqar Bayramovun idarə etdiyi "Mercedes-Sprinter" markalı mikroavtobus toqquşub. İlkin ehtimala qəza sürücülərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verib. Toqquşma nəticəsində "Mercedes-Sprinter" yoldan çıxaraq aşıb. Sürücü və 3 sərnişin xərasət alıb. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib. Sürücü Vüqar Bayramova sol-yuxarı ətrafın əzilmiş-sıyrılmış yaraları, qapalı kəllə beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan Bakıdakı xəttəxanalardan birinə aparılıb. Yaralanan digər üç sərnişindən ikisi, 57 yaşlı Şirinova Nəcibə və 43 yaşlı Reyhun Qasımova ilkin tibbi yardım göstərildikdən sonra, ambulator müalicə üçün evə buraxılıblar. Xəsarət alan digər sərnişin, 60 yaşlı Məhruzə Tağıyeva isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib. Qəzanın dəqiq baş verəmə səbəbləri Baş Dövlət Yol Polis İdarəsi əməkdaşlarının apardığı araşdırmalardan sonra bəlli olacaq.
Gülnar Fazilqızı
- Baxış: 750