Samuxun Lək kəndində vətəndaşa məxsus ümumi sahəsi 147 m2 olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 147 m2, 2 otağının yanar konstruksiyaları 56 m2 və otaqların döşəməsi 1 m2 sahədə yanıb. Yanğın hadisə yerinə çağrılan yanğınsöndürənlər tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.
Elton Cabbarlı
- Baxış: 427