• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 670
— 18.03.2017 15:07

Mixail Şvıdkoy: “İnsanlar sülh istəyir...”

KepezTV Player

“Erməni və Azərbaycan xalqlarının yaxınlaşması yönündə indi də səylərimi əsirgəmirəm. Biz bu prosesə 2006-cı ildə hər iki ölkənin ziyalıları, mədəniyyət xadimləri ilə başlayanda vəziyyət tamam başqa idi. Bu gün həm siyasi, həm də təəssüf edici olsa da hərbi sahədə münasibətlər başqa cür formalaşır, amma insanlar sülh istəyir”. Bunu Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Qarabağ münaqişəsində “xalq diplomatiyası” anlayışının müəlliflərindən biri Mixail Şvıdkoy deyib. İki dövlət arasında münasibətlərin normallaşmasına, müəyyən güzəştlərin edilməsinə ehtiyac olduğuna diqqət çəkən Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri bu işi gələcək nəsillərin üzərinə buraxmağı düzgün hesab etmir. 

Mixail Şvıdkoy- Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi: “25 ilin yaraları hələ də qanayır. İnsanlar Azərbaycan torpaqlarının bir hissəsinin Azərbaycanın nəzarətində olmadığını da unutmurlar. Analar istəmir ki, övladları müharibədə ölsün. Bu başa düşüləndir və təbiidir. İndiki gənclik başqa-başqa dövlətlərdə, qarşıdurma şəraitində böyüyüb və bununla məşğul olacaqmı bilmirəm. Mən bildiyim qədəri ilə, Azərbaycanın Prezidenti, hörmətli İlham Əliyev başa düşür ki, "xalq diplomatiyası" vacibdir. Ümid edək ki, bu icra olunacaq. Aprel ayında Ermənistanda seçkilər keçirilməlidir. Baxaq, görək orada siyasi vəziyyət necə inkişaf edəcək. Mənim fikrimcə, bu cür addımlar dayandırılmamalıdır. Bütün müharibələr sülhlə bitir. Müharibə sonsuzadək davam edə bilməz”.

 

Fərid Mehdizadə