• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1659
— 12.03.2017 13:19

Ölkədə dəhşətli qətl hadisələri baş verib

KepezTV Player

Bakının Xətai rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayonun Əbilov küçəsi ev 18/12 ünvanında yaşayan 30 yaşlı Emin Sadıqov mübahisə zəminində atası, 55 yaşlı Saleh Sadıqovun canına qıyıb. Emin borcu olduğundan atasına yaşadıqları evi satmaq istədiyini bildirib, ancaq taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandıran Saleh Sadıqov bununla razılaşmayıb. Nəticədə mübahisə yaranıb. Qəzəbinə hakim kəsilə bilməyən Emin əvvəlcə çəkiclə atasının başına bir neçə dəfə zərbə endirib, sonra isə 4 bıçaq zərbəsi ilə onun həyatına son qoyub. Bu zaman onları ayırmağa çalışan 50 yaşlı anası Yasəmən Sadıqova da sol qolundan bir neçə bıçaq zərbəsi alıb. Qatil oğul evdən qaçıb. Xətai Rayon Polis İdarəsi 36-cı polis bölməsi əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Emin Sadıqov saxlanılaraq Rayon Prokurorluğuna təhvil verilib. İlkin araşdırmalar zamanı məlum olub ki, oğurluq törətdiyinə görə məhkum olunan Emin Sadıqov 6 ay əvvəl azadlığa buraxılıb. Bundan sonra tüfeyli həyat tərzi keçirməyə başlayıb və küllü miqdarda borc toplayıb. Faktla bağlı açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Daha bir qətl hadisəsi Goranboy rayonun Qaraçinar kəndində baş verib. Kəlbəcər rayonundan olan məcburi köçkün 46 yaşlı Natiq Qafarov mübahisə zəminində həmyerlisi 51 yaşlı Mübariz Məmmədovun başına daşla zərbə endirib. Məmmədov aldığı xəsarətdən dünyasını dəyişib. Natiq Qafarov saxlanılıb. 

Faktla bağlı Xocalı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.