KepezTV Player
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 km uzaqda dənizə balıq tutmaq məqsədilə çıxan balıqçıların qayığının deşilərək içərisinə su dolması və batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin Aviasiya Dəstəsinin 1 ədəd helikopteri xilasedicilər qrupu ilə birlikdə hadisə yerinə cəlb edilib. Görülmüş operativ xilasetmə əməliyyatı nəticəsində balıqçılar - Nəbi Əliyev, Loğman Axundov, Azər Əliyev və Bəxtiyar Quliyev xilas olunub.Balıqçılar FHN-in Aviasiya Dəstəsinin helikopteri ilə sahilə gətirilib.
Zülfiyyə Telmanqızı
- Baxış: 513