Azərbaycanda təbiəti mühafizə və ekologiya elminin banisi və əsas yaradıcısı kimi tanınan akademik Həsən Əliyev bu gün Azərbaycan Dövlət Aqrar Universitetindən yad edilib. "Təbiəti sevənlər unudulmur" mövzusu altında aqromomluq fakültəsinə toplaşanlar görkəmli alimin əsas elmi fəaliyyətinin torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə etdiyinə diqqət çəkiblər. O, Cənubi Qafqaz torpaqlarının əmələ gəlməsinin və coğrafiyasının tədqiqinə böyük əmək sərf edib. Tədbir ictimai xadim Həsən Əliyevin 110 illik yubileyi ilə bağlı təşkil olunub.
Zakir İbrahimov- ADAU-nun professoru: “Mən seminarda məruzə ilə çıxış edərək Həsən Əliyevin həyat və fəaliyyət yaradıcılığını, təbiətşünas alim kimi müxtəlif elm sahələrində qoyduğu izlə bağlı məruzəylə çıxış etdim. Onunla bağlı eşitdiklərimi, gördüklərimi, oxuduqlarımı seminar iştirakçılarına çatdırdım”.
- Baxış: 494