Samux rayonunda yeni qazılan 9 ədəd subartezian quyusunun hesabına bu il daha 500 ha torpaq sahəsini suvarmaq mümkün olacaq. Bundan başqa yaz daşqınlarının qarşısını almaq, eləcə də suyun əkin sahələrinə vaxtında, itkisiz çatdırılması üçün kanal və arxların təmizlənməsi işləri aparılır.
Asif Həsənov- fermer: “Qarayeri qəsəbəsində yaşayıram. Burada 15 ha əkin sahəm var. Bir hissəsində buğda, bir hissəsində 2-3 günə şəkər çuğunduru, günəbaxan tumu səpəcəm. Suvarmada da müraciət edirik, Şəmkir Dərya çaydan, subartezian quyularından vaxtlı- vaxtında suyu təmin edirlər”.
Samux Suvarma Sistemləri İdarəsinin işçiləri bu ildə rayonun fermerlərinin, eləcə də torpaq əkən təsərrüfat sahiblərinin su ilə bağlı problemin yaşanmaması üçün fevral ayının əvvəlindən arx və kanalların lildən təmizlənməsinə başlayıb. Görülən işlər nəticəsində indiyə kimi 300 km təsərrüfat daxili kanal və arxlar lildən təmizlənib. Həmçinin kanallarda paralel olaraq sahilbərkitmə işləri, eləcə də selə qarşı torpaq işləri görülüb və kanalllar tam işlək vəziyyətə salınıb.
Gülağa Bağırov- Samux rayon Suvarma Sistemləri İdarəsinin rəisi: “Samux rayonunda Şəmkir kanalının üzərində olan Dəryaçayın hesabına 10 ha yaxın ərazinin su təminatı yaxşılaşıb. Bu yaxınlara Samux rayonunda olan arata lazım olan suvarılma aparılıb. Şəkər çuğunduru, günəbaxan tumunun, pambığın əkini üçün suvarılma başa çatıb”.
Hazırda Samux rayon Suvarma Sistemləri İdarəsi ümumilikdə 28 min 665 ha əkinə yararlı torpaq sahəsini 503 subartezian quyusu, 25 ədəd nasos stansiyası və 4 çay, 1 kanal, 6 arxın suyunun köməkliyi ilə təmin edə bilir.
Yola saldığımız 2016-cı il ərzində 5 min 500 ha torpaq sahəsi Samux rayonunda əkinə cəlb edilib. Bir neçə gündən sonra həmin torpaq sahəsinin şumlanmasına başlanılacaq.
Rayonda bu il daha 500 ha əkinə yararlı torpaq sahəsi də dövriyyəyə cəlb olunacaq. Bütün bu yeni torpaq sahələrinin suvarılması üçün mütəxəssislər tərəfindən baxış keçirildikdən sonra yeni subartezian quyuları qazılacaq, arxlar çəkiləcək.
Elnur Vahidoğlu
- Baxış: 723