Süni mayalama yolu ilə heyvanların baş sayından əldə edilən artım bu sahəyə diqqəti artırıb. Bundan irəli gələrək xaricdən ölkəmizə gətirilən cins malların sayı da ilbəil artırılır. Görülən işlərin fərdi şəkildə deyil, mərkəzləşdirilmiş formada idarə edilməsi üçün süni mayalama assosiasiyalarının yaradılması təklif edilir. Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri bu məqsəd ilə Gəncədə süni mayalama mütəxəssisləri ilə görüş keçirib. Görüşdə assosiasiyanın vəzifələri haqqında ətraflı məlumat verilib. Süni mayalama mütəxəssislərinin iş prinsipindən danışılıb.
Qalib Əbdüləliyev- Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri: “Məqsədimiz ondan ibarətdir ki, biz süni mayalama mütəxəssislərinə dəstək göstərək ki, bunlar öz ictimai peşə təşkilatlarını yaratsınlar. Sonra isə dövlət qeydiyyatına təqdim olunsun”.
Natiq Hüseyn
- Baxış: 679