• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1689
— 27.02.2017 15:06

Göygöldə Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib

Xocalı soyqırımının 25- ci ildönümü ilə bağlı Göygöl rayonunda silsilə tədbirlər keçirilib. Növbəti anım tədbiri Göygöl rayon Mədəniyyət Evində reallaşıb.  Çıxışlarda uşaqların, qocaların, xəstələrin, qadınların min əzab verilərək işgəncə ilə öldürülməsi erməni vandalizminin daha bir aktı kimi qiymətləndirilib. Bu gün Xocalı faciəsinin dünyanın bir çox ölkələrində xalqımıza qarşı soyqırım hadisəsi olaraq qəbul olunmasında məhz “Xocalıya Ədalət” kompaniyasının böyük rol oynadığı xüsusi vurğulanıb. Rayonun mədəniyyət işçilərinin və məktəblilərin birgə hazırladıqları ədəbi- bədii kompazisiya tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı rayonun bütün təhsil müəssisələrində, idarə və təşkilatlarda anım tədbirləri keçirilib.

Natiq Hüseyn