Ətraf mühitin çirkləndirilməsi və ekoloji qanunvericiliyi pozanlara qarşı 10 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsi tərəfindən ciddi tədbirlər görülüb. Belə ki, cari ilin müvafiq dövrü ərzində ölkə üzrə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə aparılan araşdırmalar zamanı ümumilikdə, 47 fakt aşkar edilərək 48700 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib ki, bunun da 12 faktını 10 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsi əməkdaşları aşkara çıxarıb. Aşkar olunan faktlar üzrə cərimələrin ödənilməsi üçün işlər aidiyyəti üzrə icraata göndərilib.
Mahir Abdulrəhmanov -10 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin sektor müdiri: “Nəzərinizə çatdırıram ki, cari ilin 1 ay 15 günü ərzində tərəfimizdən 12 min manat məbləğində cərimə tətbiq edilmiş və 18 min manat məbləğində təbiətə dəymiş ziyan hesablanıb. Təbiətə dəymiş ziyanla bağlı 6 iş icra orqanlarına göndərilib, 6 iş isə məhkəmə orqanlarına. Hal-hazırda göndərilmiş işlərin ödənilməsi yolunda tədbirlərimiz davam etdirilir”.
Elton Cabbarlı
- Baxış: 496