Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 4-cü dövrənin ilk oyunları keçirilib. Günün mərkəzi görüşü “Telekom”la “Azəryol” arasında oynanılıb. Turnir cədvəlinin lideri olan rabitəçilər rəqibinə gözlənilmədən quru hesabla – 3:0 məğlub olub.
"Telekom"un uduzmağı isə ən çox "Azərreyl"in işinə yarıyıb. “Lokomotiv”lə qarşılaşan Famil Ağayevin yetirmələri dəmiryolçulara bir set belə güzəştə getməyərək qalib gəliblər.
Bu oyunlardan sonra turnir cədvəlində dəyişiklik olmasa da, ikinci yerdə gedən "Azərreyl"lə ilk pillədəki "Telekom"un arasındakı xal fərqi azalıb. “Dəmiryolçular”dan 1 oyun çox keçirən Zoran Qayiçin yetirmələri son çempionu cəmi 3 xal qabaqlayır.
Azərbaycan Super Liqası
17 fevral
“Azəryol” – “Telekom” - 3:0 (26:24; 25:22, 25:20)
“Azərreyl” Voleybol Mərkəzi
I dövrə: “Telekom” – “Azəryol” - 3:1 (23:25, 25:19, 25:15, 26:24)
II dövrə: “Azəryol” - “Telekom” - 2:3 (24:26, 13:25, 31:29, 25:18, 6:15)
III dövrə: “Telekom” – “Azəryol” - 3:1 (25:19, 25:15, 19:25, 25:21)
“Lokomotiv” – “Azərreyl” - 0:3 (10:25, 24:26, 15:25)
“Azərreyl” Voleybol Mərkəzi
I dövrə: “Azərreyl” – “Lokomotiv” - 3:0 (25:14, 25:10, 25:8)
II dövrə: “Lokomotiv” - “Azərreyl” - 0:3 (20:25; 12:25; 15:25)
Telekom |
12 |
11 |
1 |
33-14 |
1096-877 |
29 |
Azərreyl |
11 |
8 |
3 |
30-11 |
939-741 |
26 |
Azəryol |
12 |
6 |
6 |
24-18 |
928-838 |
19 |
Lokomotiv |
11 |
2 |
9 |
7-28 |
585-829 |
6 |
Gürcüstan |
8 |
0 |
8 |
1-24 |
357-620 |
0 |
Orxan Cəfərzadə
- Baxış: 278