
Niderlandda dünyanın ilk uçan avtomobili satışa çıxarılıb. PAL-V Libertу adlı maşına 499 min avro qiymət qoyulub. Model cəmi 90 ədəd tirajla satılacaq. Müştərilər onlara ən tezi 2018-ci ildə qovuşacaqlar. PAL-V Libertу iki mühərriklə təchiz olunub: biri ictimai yollar, digər isə uçuş üçündür. Avtomobilin uçan aparata çevrilməsinə 5-10 dəqiqə vaxt lazımdır. Uçuşu həyata keçirmək üçün maşının eni və uzunu 200 metr olan meydançaya ehtiyacı var. 200 at güclü PAL-V Libertу-nin ən çox qalxa biləcəyi yüksəklik 3500 metrdir. Maksimal sürəti isə 180 km/saatdır. Bir dəfəlik yanacaq doldurmaqla bu maşınla 500 kilometr uçmaq olar. PAL-V Libertу-nin motoru yerdə 100 at gücü ilə hərəkətə gəlir. Yerdə avtomobil ən çox 160 km/saat sürət yığır, ilk “yüzü”n göstəricisi isə 9 saniyədir.
Cavanşir Məmmədzadə
- Baxış: 583