• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1011
— 14.02.2017 12:37

Bir gecədə dörd obyekti taladı, beşincidə yaxalandı

KepezTV Player

Tamahına əsir düşüb azadlığından uzaq olmaq...Bu, Bakıda bir gecədə 5 obyekti talayan şəxsə aiddir. Daha doğusu 4 obyekti qarət edib, beşincidə yaxalanan oğruya. Başqasının malına göz dikib, əziyyət çəkmədən pul qazanmaq istəyənlər unudurlar ki, su səhəngi hər zaman su yolunda qırılır. Gec ya tez etdikləri əməlin cəzasını çəkəcəklər.

Zabrat şossesində yerləşən mağazaya gecə saat 04.34-də oğurluq məqsədilə girmək istəyən şəxsin istəyi baş tutmayıb. Çünki bu zaman mühafizə polisinin mərkəzi pultuna həyəcan siqnalı daxil olub.

3 dəqiqə sonra mühafizə polisləri əraziyə gəliblər. Planı yarımçıq qalan oğru onları dükandan götürdüyü bıçaqla qarşılayıb.

Daha sonra mağaza sahibi Emin Əsədov hadisə barədə məlumatlandırılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, dükanı qarət etmək istəyən eyni əmələ görə əvvəllər də məhkumluq həyatı yaşamış Masallı rayonu Türkoba kənd sakini Elçin Xəlilovdur. O, yaxalanan zaman üzərindən danışıq kartları və mobil telefon aksessuarları aşkarlanıb. Saxlanılan şəxs ərzaq dükanından əvvəl Zabrat qəsəbəsi Babək küçəsində yerləşən mobil telefon mağazasını da qarət edib. Lakin əməlləri bunlarla yekunlaşmayıb. Belə ki, Xəlilov həmin gecə daha iki dükan və bir avtoyuma məntəqəsindən oğurluq etdiyini etiraf edib. Əməliyyatçılar Elçin Xəlilovun kirayə qaldığı evə baxış keçirərkən digər obyektlərdən oğurlanan əşyaların bir qismini aşkar edərək maddi sübut kimi götürüblər. Aşkar olunan faktlarla əlaqədar Sabunçu rayon Polis İdarəsində CM oğurluq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam edir.

Zülfiyyə Telmanqızı