• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1247
— 10.02.2017 14:13

Samuxda bələdiyyə sədrləri, iş adamları və sahibkarlarla sabit verginin tutulması qaydaları ilə bağlı görüş keçirilib

KepezTV Player

Ölkədə Sadələşdirilmiş vergi üzrə Sabit Məbləğin ödənilməsi ilə bağlı dəyişikliyin yerlərdə vətəndaşlara ətraflı şəkildə izahı aparılır. 12 saylı Ərazi Vergilər Departamentinin nümayəndələri Göygöl rayonundan sonra Samuxda da bələdiyyə sədrləri, iş adamları və sahibkarlarla sabit verginin tutulması qaydaları ilə bağlı görüş keçiriblər. Qəbul olunan dəyişikliyə əsasən vətəndaşlar vergi ödəyicisi kimi qeydiyyata durmaları, VÖEN almalı, öz əraziləri üzrə sabit məbləği ödəyərək ərizə ilə vergi orqanlarına müraciət etməli və təklif olunan 4 ödəmə növündən birini seçərək fəaliyyətə başlamalıdır. Tətbiq olunan dəyişikliyin əsas üstünlüyü isə vətəndaşları əlavə vergi bəyannamələrdən və bir sıra inzibati prosedurlardan azad edir. Tədbirdə vətəndaşları vergi sahəsində maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rauf Mirzəyev- 12 saylı Ərazi Vergilər Departamentinin idarə direktoru: “Bu bir yenilikdi. Onunla əlaqədar olaraq biz vətəndaşları və bələdiyyə orqanlarını məlumatlandırmaq istəyirik ki, onlar da vətəndaşlarla işləyən zaman, əhalini məlumatlandırsınlar və sabit məbləğin ödənilməsi ilə bağlı müəyyən işlər aparsınlar”.

Elton Cabbarlı