Şəmkir şəhər sakini, 62 yaşlı Müseyib Həsənov Bakı şəhərində qonaq olduğu toy məclisində tanışı tərəfindən döyülərək ağır xəsarət alıb. İlkin tibbi yardım göstərilən yaralı rayona geri dönüb. Daha sonra yenidən vəziyyəti pisləşən xəstə Şəmkir Mərkəzi Rayon Xəstaxanasına yerləşdirilib. Kəllə beyin travması və beyin silkələnməsi diaqnozu qoyulan Müseyib Həsənovun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırmalara başlanılıb.
- Baxış: 847