Gəncədə yol qəzası baş verib. Hadisə Ələkbər bəy Rəfibəyli küçəsində qeydə alınıb. “Toyota Prado” markalı avtomobil hərəkətdə olarkən, sürücü idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq, ağaca cırpılıb. Zərbənin təsirindən “Toyota Prado” yararsız hala düşüb. İlkin ehtimala görə, qəzaya yolun buzlu olması səbəb olub.
- Baxış: 463