• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1256
— 18.01.2017 15:19

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ictimaiyyət nümayəndələri ilə maarifləndirici söhbətlər aparıb

KepezTV Player

Ötən il 9-cu tağım xidməti ərazisində baş verən 16 ağır yol nəqliyyat hadisəsi 21 nəfərin ölümü, 2-sinin ağır bədən xəsarətləri almasıyla nəticələnib. Hesabat dövründə Gəncə-Qazax magistralında müxtəlif qayda pozuntularına görə 14 min 101 inzibati protokol yazılıb. Onlardan 148-i sərxoş, 256-sı sürücülük vəsiqəsi olmadan, 395-i manevretmə, 1534-ü ötmə qaydalarını pozma və digər hallara görə yazılıb. Qeydə alınan yol nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Gəncə-Qazax magistralı boyu yerləşən Şəmkir rayonunun Könüllü kəndində ictimaiyyət nümayəndələri ilə maarifləndirici söhbətlər aparıb. Muxtariyyə və Əliyaqublu sakinləri də görüşlərə qatılıb. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının qərargah rəisi Kamran Məmmədov bu cür görüşlərin əhəmiyyətindən, dövlət və özəl müəssisələrdə, təhsil ocaqlarında maarifləndirmə işinin sürətləndirilməsinin əhəmiyyətinə toxunub. Qarşılıqlı diskusiya şəklində davam edən görüşdə sakinləri narahat edən bəzi məsələlərə aydınlıq gətirilib. 

Aqil Məmmədov- BDYPİ-nin YPXA-nın 9-cu tağımın komandiri: “Əsas məqsədimiz, yol nəqliyyat hadisələrinin qarşısını almaq və insanları bu istiqamətdə maarifləndirməkdir. Tovuz, Ağstafa və Qazax rayonlarımızın yol kənarlarında yerləşən kəndlərinin sakinləri ilə görüşlər keçirilir”.
 

Natiq Hüseyn