• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1771
— 01.05.2016 15:56

“Gəncə 2016 Avropa Gənclər Paytaxtı”na həsr olunmuş silsilə tədbirlər davam edir

Belə tədbirlərdən biri Gəncə "ASAN Xidmət" mərkəzinin təşəbbüsü ilə həyata keçirilib. Mərkəzin könüllülləri idman sahəsində özlərini sınayıblar. 100-ə yaxın həvəskar velosipedçi veloyürüşdə iştirak edib. "Sağlam Nəqliyyat, Sağlam Gənclik" şüarı adı altında baş tutan yürüşə şəhərin 28 may küçəsindən start verilib. Heydər Əliyev Park Kompleksində yerləşən Zəfər Tağının yanında veloyürüşə fasilə verən iştirakçılar sonra "ASAN Xidmət" mərkəzinin yerləşdiyi Heydər Əliyev prospektinə yön alıblar. Ümumilikdə 10 km məsafə qət edən velosipedçilərdən ən böyüyünün 56, ən kiçiyinin isə 9 yaşı olub.

Cahangir Hacıyev- “ASAN School” Könüllülük Proqramının rəhbəri: "Bu layihə çərçivəsində biz istəyirik ki, ictimaiyyətin diqqətini bir daha ekoloji təfəkkürə, eyni zamanda sağlam həyat tərzinə yönəldək. Bu gün bu veloyürüşün Gəncədə reallaşması təsadüfi deyil. Bildiyiniz kimi, Gəncə 2016-cı ildə Avropa Gənclərinin Paytaxtıdır. Düşündük ki, bu layihənin Gəncədən başlanması daha məqsədəuyğundur".

Hidayət Şahin