Gəncədə AFFA və Təhsil Nazirliyi arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində keçirilən “Məktəblərdə futbol dərsi” layihəsi davam edir. 2009-cu ildən Bakıda təməli qoyulan proqram, Nizami Yurdunda son 4 ildir ki, həyata keçirilir. İlk olaraq 24, 37 və 3 saylı orta məktəblərdə tətbiq olunan layihənin əsas məqsədi, yüksək səviyyəli futbolçuların yetişdirilməsi ilə yanaşı, gənc nəslin futbola marağının daha da artmasına yardımçı olmaq, onların sağlam həyat tərzinə istiqamətləndirilməsi və zərərli vərdişlərdən uzaq tutulmasıdır. Layihənin əsas prinsiplərindən biri də seleksiya işlərinin təşkilidir. Belə ki, burada üzə çıxacaq istedadlı uşaqlar müvafiq məşq bölməsinə cəlb oluna bilərlər.
Azad Rəfi
- Baxış: 436