• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1730
— 25.01.2016 18:22

Turan Tovuz və Göyəzən komandaları yoxlama görüşü çərçivəsində üz-üzə gəlib

I Divizionda mübarizə aparan iki qərb klubu  - "Turan Tovuz" və "Göyəzən" komandaları yoxlama görüşü çərçivəsində üz-üzə gəlib. Mövsümün ikinci hissəsinə hazırlaşan tərəflərin dueli bol qollu alınıb.

Heyətlərində yerli və gənc oyunçuların çoxluq təşkil etdiyi kollektivlərin qarşıdurmasında ilk qol meydan sahiblərinin aktivinə yazılıb. İlkin Rzayev hesabı açan futbolçu olub. Fasilədən sonra Qazax təmsilçisi növbəti dəfə meydanın mərkəzinə dəvət olunub. Bu dəfə Səbayıl Bağırov diqqət mərkəzinə düşüb. Vurduğu ikinci qoldan sonra arxayınlaşmağa başlayan Nizami Sadıqovun komandası ardıcıl qapısında qollar görməyə başlayıb. "Göyəzən"in hücumdakı əsas qüvvəsi olan Arzuman Vəliyev dubl edərək komandasını məğlubiyyətdən xilas edib. Beləliklə qarşılaşma 2-2 hesabıyla yekunlaşıb.

Qeyd edək ki, "Turan Tovuz" yoxlama görüşləri çərçivəsində

bundan öncə Gəncənin "Kəpəz" klubunun əvəzedici heyəti ilə qarşılaşıb. Matç 0:0 hesablı bərabərliklə yekunlaşıb.

Hidayət Şahin