• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 837
— 21.01.2016 17:09

Gəncədə avtomobil vuran 62 yaşlı piyada dünyasını dəyişib

Hadisə yanvarın 20-i gecə saat 02:00 radələrində şəhərin Əkbər Babayev  küçəsi ilə İsmət Qayıbov küçəsinin kəsişməsində baş verib. Yolu keçmək istəyən 62 yaşlı Gəncə şəhər sakini Akif Cəfərovu avtomobil vurub. Yaralı dərhal Gəncə şəhər TTYX-nın travmatalogiya şöbəsinə çatdırılıb. Bədənin çoxsaylı travması diaqnozu ilə qəbul edilən yaralıya ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı hüquq- mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

İlham Məmmədzadə