Hadisə rayonun Ləkçiplaq kəndində qeydə alınıb. Kənd sakinlərinə məxsus qoyunlar otlaq sahəsində olarkən qəflətən canavarlar onlara hücum edib. Qoyun sürüsünün nəzarətçisi hadisədən gec xəbər tutduğundan canavarlar 7 nəfərə məxsus 15 başa yaxın qoyunu yaralayıblar. Tələfat qeydə alınmayıb. Sakinlər bildiriblər ki, qış aylarında vəhşi heyvanların tez-tez kəndə hücum edərək təsərrüfata ziyan vurması adi hal alıb.
İlham Məmmədzadə
- Baxış: 576