“Kəpəz”in əsas komandası kimi əvəzedicilər də Yevlaxda təlim-məşq toplanışındadır. Hər iki komanda çempionata birlikdə hazırlaşır. Məşq planına uyğun olaraq ilk mərhələ “dubl”un fiziki hazırlığının artırılması üzərində qurulub. Əvəzedici heyət gündə iki dəfə səhər və axşam olmaqla məşqə çıxır. Komandanın zədəli qapıçısı Cavid Əsgərov istisna olmaqla heyətin bütün üzvləri toplanışda iştirak edir. Azər Məmmədovun yetirmələri yanvarın 17-nə kimi Yevlaxda məşq edəcək. “Sarı-göylər” çempionata hazırlığın ikinci mərhələsini Gəncədə keçirəcək. Komanda doğma şəhərdə taktiki və texniki hazırlıq üzərində çalışacaq. Qış fasiləsi müddətində əvəzedicilər iki yoxlama oyunu keçirəcək.
Azər Məmmədov- “Kəpəz”in əvəzedici heyətinin baş məşqçisi: “Bir həftəlik məşq planı ilə işləyirik. Əsasən fiziki hazırlığa üstünlük veririk. Şəraitimiz çox yaxşıdır. Həm baza, həm də meydançalar normaldır. Düşünürəm ki, burda keçdiyimiz hazırlıq bizə çox şey verəcək. Çünki uşaqlar bütün günü bir yerdədirlər, səylə məşq edirlər, bütün diqqət futbola və hazırlığa yönəlib. Bunun faydasını futbolçular çempionatda görəcəklər”.
Hidayət Şahin
- Baxış: 540