Belə ki, 5 yaşlı uşaq və 60 yaşlı kişi zəhərlənmə əlamətləri ilə həkimə aparılıb. Hər iki hadisəyə səbəb sirkə turşusu olub.
Şəhərin M.Ə. Rəsulzadə prospekti, dalan 4, ev 16-da yaşayan 61 yaşlı Ramil Həmzətov sirkə turşusundan zəhərlənib. Zərərçəkən Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona dərhal tibbi müdaxilə edilib. Xəstəxanadan verilən məlumata görə, reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağır qiymətləndirilir. Hazırda onun müalicəsi davam etdirilir. İlkin ehtimala görə, zərərçəkən içkili halda, bilməyərəkdən sirkə turşusunu içib. Hazırda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
Şəkidə 5 yaşlı uşağın da sirkə turşusundan zəhərləndiyi bildirilir. Verilən məlumata görə, hadisə rayonun Kiş kəndində qeydə alınıb. Evdə nəzarətsiz qalan 2011-ci il təvəllüdlü Uğur Mənsur oğlu Şirinov soyuducudan sirkə turşusu götürərək içib. Azyaşlı valideynləri tərəfindən Bakıdakı xəstəxanalardan birinə çatdırılıb.
Səbuhi İsmayılzadə
- Baxış: 515