Bakıda qarışıq döyüş növləri üzrə dünya çempionatı keçirilib. Bütün yaş qruplarını əhatə edən milli komandamızın heyətində Kəlbəcər İdman Klubunun təmsilçiləri də mübarizə aparıb.
370-ə yaxın iştirakçının çıxış etdiyi yarışa komandamızla yanaşı, 14 ölkənin idmançıları qatılıb. Dünya çempionatında ölkəmiz adına Kəlbəcər klubundan 10 idmançı mübarizə aparıb. Kikboksinqin lou-kinq, K1, uşu-sanda və MMA döyüş növlərində çıxış edən Kəlbəcər döyüşçülərindən 9-u müxtəlif əyarlı medala sahib olub.
70 kq çəki dərəcəsində İsbəndiyar İsgəndərov bütün ümidləri doğruldaraq kikboksinqin Luo-king və MMA döyüş növündə qalib adını qazanıb.
İsgəndərovdan başqa 60 kq-da yarışan Murad Alışov, 45-də Ceyhun Rəhimov, 35 kq-da Anar Sadiqov, 25 kq çəkid Rasim Salmanov və 20 kq-da Babək Abbaszadə yarışın baş mükafatına sahib çıxıb.
Qeyd edək ki, 60 kq da çıxış edən Həmid Babayev və 40 kq-da Azay Camalov 3-cülüklə kifayətlənib. Kəlbəcər klubu göstərdiyi nəticələrə görə, medal və diplomlarla yanaşı kubokla da təltif edilib.
Hidayət Şahin
- Baxış: 912