• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1671
— 09.01.2016 15:19

“Kəpəz”in əvəzedicilərinin hazırlıq planı bəlli olub

Hazırda qış fasiləsi olduğundan futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən komandalar istirahətə buraxılıb. Ancaq 1 neçə gündən sonra klublar mövsümün ikinci yarısının hazırlıqlarına start vermək üçün bir araya gələcəklər. “Kəpəz”in əsas heyəti ilə yanaşı əvəzedicilərin də təlim-məşq toplanışının planı artıq bəllidi. Azər Məmmədovun yetirmələri hazırlığa yanvarın 11-də başlayacaq. Yevlaxda baş tutacaq toplanış 1 həftə sürəcək. Komanda məşqlərini əsas heyətlə birlikdə keçəcək. Təlim-məşq toplanışında 18 futbolçu yer alacaq ki, onlardan 4-ü kollektivə yeni qoşulacaq.

Azər Məmmədov -"Kəpəz"in əvəzedici heyətinin baş məşqçisi: "Əsasən fiziki hazırlığa üstünlük verəcəyik. Çünki qış dövründə hava imkan verir ki, futbolçular istədikləri qədər qaça bilsinlər. Təlim-məşqin yekununda biz "Kəpəz"lə yoxlama görüşü keçirəcəyik. Ayın 20-si “Turan Tovuz”la Tovuzda, yanvarın 23-də isə səfərdə Şəmkirlə qarşılaşacağıq".

 

 

Orxan Cəfərzadə