İsmayıllı polisi qanunsuz silah-sursat saxlayan rayon sakinini həbs edib. Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şəhər ərazisindən “AKMS” markalı silah, 3 ədəd patron darağı və 30 ədəd patron tapılıb.
Faktla bağlı artıq araşdırmalara başlanılıb. Silahın hər hansı cinayət əməlində istifadə edilib-edilməməsi aydınlaşdırılır.
İlham Məmmədzadə
- Baxış: 695