Bu günə xəbərlərin oxunma sayı: 666
—
04.11.2026 10:11
Çempionlar Liqası: "Qalatasaray", "Barselona" və PSJ qalib gəlib
UEFA Çempionlar Liqasının ümumi mərhələsinin dördüncü turunda “Qalatasaray” doğma meydanda Almaniyanın “Ştutqart” komandasını 2 cavabsız qolla məğlub edib.“Barselona” İspaniyada “Aston Villa”ya 3:0 hesabı ilə qalib gəlib. PSJ isə səfərdə “Vilyarreal”ı 6:0 hesabı ilə darmadağın edib.Digər görüşlərdə “Şaxtyor” “Sportinq”ə 0:1, “Atletiko” “Bavariya”ya 0:2, “Feyenoord” “İnter”ə 0:3 hesabı ilə uduzub. “Mançester Yunayted” “Roma”nı 3:2, LASK isə “Slovan”ı 4:0 hesabı ilə məğlub edib. “Budyo-Qlimt” – “Lill” matçında isə qolsuz heç-heçə qeydə alınıb.4-cü turun digər qarşılaşmaları bu gün keçiriləcək.
- Baxış: 37
