Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.11.2026 12:07

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin dövlət vergi müfəttişi Rüfət Alıyev barəsində cinayət işi başlanıb. Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Vergi Xidmətinin birgə məlumatına görə, aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində onun 2026-cı ilin sentyabr ayında Gəncə şəhərində fəaliyyət göstərən sahibkardan rüşvət aldığına dair əsaslı şübhələr müəyyən edilib. Belə ki, Rüfət Alıyevin sahibkara daha az məbləğdə maliyyə sanksiyası tətbiq etmək müqabilində qanunsuz pul aldığı bildirilir. Ona Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə ittiham elan olunub. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.