Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.11.2026 12:05

UEFA Çempionlar Liqası: IV tura 9 oyunla start veriləcək

UEFA Çempionlar Liqasında liqa mərhələsinin IV turuna bu gün start veriləcək.Turun ilk oyun günündə 9 qarşılaşma keçiriləcək.Günün diqqətçəkən görüşlərindən biri saat 21:45-də Türkiyədə “Qalatasaray” və Almaniyanın “Ştutqart” komandaları arasında olacaq. Eyni saatda “Şaxtyor” – “Sportinq” matçı da baş tutacaq.Gecə saat 12-də isə “Barselona” – “Aston Villa”, “Vilyarreal” – PSJ, “Atletiko” – “Bavariya”, “Mançester Yunayted” – “Roma”, “Feyenoord” – “İnter”, “Budyo-Qlimt” – “Lill” və LASK – “Slovan” qarşılaşmaları keçiriləcək.Turun digər oyunları noyabrın 4-də keçiriləcək.