Bu günə xəbərlərin oxunma sayı: 666
—
27.10.2026 10:09
Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır
Azərbaycanın iki qadın güləşçisi Jalə Əliyeva və Birgül Soltanova Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayır.Bundan əlavə, üç yunan-Roma güləşçisi medallar uğrunda mübarizə aparacaq.Nihat Məmmədli finalda Etmənistan təmsilçisi Karen Aslanyanla üz-üzə gələcək. Həsrət Cəfərov bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi hələlik dəqiqləşməyib. İslam Abbasov isə təsəlliverici qarşılaşmaya çıxacaq.Mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli və Sənan Süleymanov qızıl medal qazanıb.
- Baxış: 31
