Tovuz və Goranboyda iki piyadanı avtomobil vuraraq öldürüb
Ötən həftəsonu Tovuz və Goranboyda Goran qəsəbəsində piyadavurma ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib. Goranboyda baş verən qəza zamanı Y.Hüseynovun idarə etdiyi “Changan” markalı avtomobil Qarasüleymanlı kənd sakini E.Yusifovu vurub. Tovuz rayonunun Əyyublu kəndində isə Ə.Məmmədov idarə etdiyi minik avtomobili ilə yolu keçməyə çalışan həmkəndlisi A.Əsgərovu vurub.Hər iki piyada sutkanın qaranlıq vaxtında, hərəkətin intensiv olduğu avtomobil yolunu qanunla nəzərdə tutulmayan yerdən keçməyə çalışıb. Nəticədə onlar aldıqları xəsarətlərdən dünyasını dəyişiblər.Hər iki faktla bağlı araşdırma aparılır.Baş Dövlət Yol Polisi İdarəsi piyadalara yolu yalnız müəyyən edilmiş yerlərdən keçməyi, qaranlıq vaxtlarda isə xüsusilə diqqətli olmağı tövsiyə edir.
- Baxış: 61
