Bu günə xəbərlərin oxunma sayı: 666
—
26.10.2026 12:01
"Sabah" Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb
“Sabah” Premyer Liqada ilk 8 turda cəmi 1 qol buraxaraq Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb.Peşəkar Futbol Liqasının məlumatına görə, buna sonuncu dəfə 2016/2017 mövsümündə “Qəbələ” nail olub.1992-ci ildən keçirilən çempionatda bu göstərici ümumilikdə beşinci dəfə qeydə alınıb. Rekorda daha əvvəl “Neftçi”, AZAL və “Xəzər Lənkəran” da imza atıblar.
- Baxış: 39
