"Sabah" bu gün Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək
“Sabah” bu gün saat 20:45-də Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas oyun öncəsi fikirlərini bölüşüb.Litvalı mütəxəssis rəqibin son iki matçda qol vura bilməməsinin ona əlavə motivasiya verəcəyini bildirib. Dambrauskas “Borussiya”nın yüksək səviyyəli komanda olduğunu vurğulayaraq çətin qarşılaşma gözlədiklərini deyib.Baş məşqçi dolu tribunaların komandaya əlavə enerji verdiyini bildirib və əsas diqqəti qələbə ehtimalına deyil, futbolçuların meydandakı çıxışına yönəltdiyini vurğulayıb.“Borussiya Dortmund”un baş məşqçisi Niko Kovaç isə “Sabah”ı təhlil etdiklərini, rəqib barədə kifayət qədər məlumatlarının olduğunu və qələbə qazanmaq istədiklərini bildirib.Xorvatiyalı mütəxəssis zədəli futbolçuların olmasına baxmayaraq, komandasının matça ciddi hazırlaşdığını söyləyib. O, “Borussiya Dortmund”un görüşün favoriti olduğunu və qələbə üçün kifayət qədər keyfiyyətə sahib olduqlarını deyib.Baş məşqçi son oyunlarda qələbə qazana bilməmələrinə də toxunaraq qarşıdakı matçda uğurlu nəticəyə inandığını bildirib.
- Baxış: 42
