Bu günə xəbərlərin oxunma sayı: 666
— 19.10.2026 16:05

Ötən həftə 1420 hektar ərazi minalardan təmizlənib

Ötən həftə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 66 tank əleyhinə mina, 188 piyada əleyhinə mina və 631 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. ANAMA-nın həftəlik məlumatına görə, hesabat dövründə ümumilikdə 1420,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.