Bu günə xəbərlərin oxunma sayı: 666
— 19.10.2026 14:02

Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən daha bir şəxs həbs edilib

Qaradağda məktəb direktoruna məxsus "Kia" markalı avtomobilin qəsdən yandırılması faktı ilə bağlı daha bir şəxs həbs edilib. Polisin keçirdiyi əməliyyatla hadisəni törədən Fuad İbrahimovla birgə qeyd edilən cinayət əməlində əlbir olan tanışı İlkin Novruzov da şübhəli şəxs qismində müəyyən olunaraq tutulub və barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı hadisənin bütün hallarının araşdırılması istiqamətində müvafiq istintaq hərəkətləri davam etdirilir.