Bu günə xəbərlərin oxunma sayı: 666
— 14.10.2026 14:04

"Qarabağ" klubu Muarem Zekirin hakimi təhqir etməsi iddiasına münasibət bildirib

“Qarabağ” klubu əvəzedici komandanın məşqçisi Muarem Zekirin 4 oyunluq cəzalanması ilə bağlı Apellyasiya Arbitraj Tribunalına şikayət etməyəcək. Klubdan deyilib ki, məşqçilər hakimin təhqir olunmadığını desələr də, qərardan şikayət verilməyəcək. Qeyd edək ki, AFFA İntizam Komitəsi Muarem Zekiri 4 oyunluq cəzalandırıb, klubu isə 1000 manat cərimələyib.