Bu günə xəbərlərin oxunma sayı: 666
— 13.10.2026 14:05

Naxçıvanı Zəngəzur dəhlizinə bağlayacaq dəmir yolunun tikintisi sürətlə davam edir

Naxçıvanı Zəngəzur dəhlizinə bağlayacaq dəmir yolunun tikintisi davam etdirilir.Hazırda Azərbaycan-Ermənistan sərhədindən Ordubad istiqamətində, Zərəni və Salamməlik stansiyaları arasındakı 7 kilometrlik hissədə yenidənqurma işləri aparılır.Ümumi uzunluğu 194 kilometr olacaq dəmir yolu xətti boyunca 10 stansiyanın və 3 sərnişin platformasının yenidən qurulması, eləcə də körpü və tunellərin inşası nəzərdə tutulur.Layihənin məqsədi Naxçıvanda dəmir yolu nəqliyyatını bərpa etmək və regionun nəqliyyat əlaqələrini gücləndirməkdir.