Bu günə xəbərlərin oxunma sayı: 666
— 09.10.2026 10:25

İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib

Prezident İlham Əliyev ümid edir ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması istiqamətindəki səyləri bu il Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcək.Dövlət başçısı bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib. O qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sülh sammitində Donald Trampın mühüm rolu olub. İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstəriblər.