Bu günə xəbərlərin oxunma sayı: 666
— 07.10.2026 16:08

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.81 kiloqram çəki dərəcəsində mübarizə aparan Tçkayev yarımfinalda qazaxıstanlı rəqibini ipponla məğlub edib. O, finalda gürcüstanlı idmançı ilə qarşılaşacaq.Eyni çəkidə mübarizə aparan Ömər Rəcəbli isə bürünc medal uğrunda görüşə çıxacaq.Final bloku saat 18:00-da başlayacaq. Mundiala oktyabrın 11-də yekun vurulacaq.