Bu günə xəbərlərin oxunma sayı: 666
— 07.10.2026 10:28

Suriyadan 13 nəfər Azərbaycana gətirilib

Suriyadan 13 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.Xarici İşlər Nazirliyinin məlumatına görə, onların 6-sı qadın, 7-si isə uşaqdır.Ölkəyə qaytarılma prosesi çərçivəsində vətəndaşların şəxsiyyəti və Azərbaycan vətəndaşlığı müəyyənləşdirilib, ilkin tibbi və psixoloji müayinələri aparılıb.Onların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur.